CƏMİYYƏT


Nardaranda avtomatı üç il əvvəl torpağa basdıraraq gizlədən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci polis bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.