CƏMİYYƏT


Azərbaycanda Kiçik çillə başlayır

Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə sona çatır və Kiçik çillə başlayır. Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır.