CƏMİYYƏT


FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tədbir keçirilib. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb.