CƏMİYYƏT


Nardaran sakinindən odlu silah götürülüb

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmmədovda odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.