CƏMİYYƏT


Azərbaycan əhalisinin sayı artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq martın 1-nə 9911472 nəfərə çatıb. Əhalinin bir kvadratkilometrə düşən sayı 114 nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.