CƏMİYYƏT


Xaçmazda reyd zamanı qayda pozan sürücülər inzibati qaydada cəzalandırılıb

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 10 yaxın sürücü barəsində inzibati cəza tədbirləri görülüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xudat şəhəri ərazisindən keçən hissəsində təşkil olunub.