CƏMİYYƏT


“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıblar

Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.