CƏMİYYƏT


Evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Əliyev tutulub. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.