CƏMİYYƏT


Nabranda itkin düşən 3 yaşlı uşağın axtarışları davam edir

Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşüb. Valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.