CƏMİYYƏT


Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini Vladimir Yeqorov tanımadığı şəxsin onun cibindən 400 manat pulu soyğunçuluq yolu ilə keçirdiyini bildirib. Həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Qədimov və Razi Əliyev saxlanılıblar.