CƏMİYYƏT


RİİB Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün incəsənətin müxtəlif növləri üzrə məşğələlər təşkil edib. Fonddan AZƏRTAC-a bildirilib ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə keçirilən məşğələlərdə uşaq və yeniyetmələr rəqs, aktyorluq sənəti və əl işlərinin hazırlanması ilə bağlı təlimlərdə iştirak ediblər. Onlar üçün, eyni zamanda, musiqili-əyləncəli proqramlar da təşkil olunub.