CƏMİYYƏT


Ağcabədidə dəyirmanlardan elektrik mühərriki oğurlayan kənd sakinləri saxlanılıblar

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri - Hacı Əzizov və Surxay Məmmədov saxlanılıblar. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla zərərçəkənlərə 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.