CƏMİYYƏT


Ramazan ayında kimlər oruc tutmalıdır?

Müsəlmanların müqəddəs ayı olan Ramazan mayın 6-da başlayır. Ay göründüyü andan etibarən müqəddəs ay başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Ramazan duaların qəbul olunduğu bir aydır. Bu ayda hər bir müsəlmana oruc tutmaq vacibdir. QMİ fətva şöbəsinin əməkdaşı İbrahim Quliyevin sözlərinə görə Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, müsafir olmayan, xəstə olmayan müsəlman üçün vacib şərtdir.