CƏMİYYƏT


Sabah paytaxtın bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar paytaxtın bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti – Fəxri xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.