CƏMİYYƏT
Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
22.05.2019 [19:30]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanı rabitə xidmətləri ilə təmin edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən dördmərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilib. Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilər və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
02.06.2023 [18:57]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
03.06.2023 [08:51]