CƏMİYYƏT


Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

İyunun 5-i və 6-ı Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. 7 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Hazırda ölkə ərazisində 15 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.