CƏMİYYƏT


Dağlıq Qarabağın azərbaycanlı icması Qarabağ atları ilə bağlı beynəlxalq auditoriyaya videomüraciət etdi

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı videomüraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, ingilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.