CƏMİYYƏT


Narkotik vasitəni dəniz kənarında gizlədən şəxs su polisləri tərəfindən yaxalanıb

DİN-in mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmirdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən tutulub. Polis idarəsində E.Abdullayevin üzərində şəxsi axtarış aparılan zaman əlindəki sellofan torbadan ümumi çəkisi 4 kiloqram 260 qram olan yüksək təsiredici xassəyə malik tiryək aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadə üçün əldə etdiyini bildirib.