CƏMİYYƏT


Xızıda meşəlik ərazidə çətənə kolları aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər çıxarılaraq yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır