CƏMİYYƏT


Bakı-Qazax magistralında qəza baş verib

Oktyabrın 23-də gecə saat 4 radələrində Bakı-Qazax magistralının Kürdəmirin Karrar kəndindən keçən hissəsində yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes” markalı iritutumlu yük maşını Qazax istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “KamAZ” markalı yük maşınına çırpılıb.