CƏMİYYƏT


DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzlərində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olmuş və büstü önünə gül dəstələri qoyub. Dekabr ayının 10-da keçirilmiş tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açmış, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən bəhs ediblər.