CƏMİYYƏT


Polis Akademiyasında Ümummilli Liderin xatirəsi anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib. Tədbiri açan rəis, polis general-mayoru Nazim Əliyev ulu öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu, onun ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu, insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyamızın məhz onun rəhbərliyi ilə hazırlandığını, cinayətkarlığın qarşısının alınması istiqamətində mühüm nəticələr əldə edildiyini qeyd edib.