CƏMİYYƏT


Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə və qanunsuz ov tüfəngi götürülüb

Hadisə rayonun Köhünlü kəndində qeydə alınıb. Belə ki, rayon polis şöbəsinə daxil olan məlumata əsasən, ötən gün saat 19 radələrində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini 1960-cı il təvəllüdlü Mikayılov Sadıq Kamal oğlunun evindən müvafiq sənədləri olmayan 1 ədəd “İj” markalı ov tüfəngi, həyətyanı sahədən isə torpağa basdırılan 14 ədəd 2-3 litrlik şüşə balonların içərisində və əlavə olaraq 131 ədəd kibrit qutusunda ümumi çəkisi 5 kiloqram 580 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb və maddi sübut qismində istintaqa təqdim edilib.