CƏMİYYƏT


Ötən il Azərbaycanda 63 min 869 cütlük nikaha daxil olub

Ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 869 nikah və 17 min 148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.