Finlandiyalı alimlər koronavirusun havada necə yayılmasını açıqladılar
09.04.2020 [17:31]
Finlandiyanın Aalto Universitetinin alimləri koronaviruslu xəstənin öskürdüyü, asqırdığı və hətta danışdığı zamanı nəfəs yolu ilə yayılan virus hissəciklərin havada necə yayıldığını araşdırıblar.
30-a yaxın alimin iştirakı ilə aparılan tədqiqat nəticəsində bir mağazada iki nəfər arasında virusun necə yayıldğını aydınlaşdırdılar. Tədqiqatı alimlər animasiya şəklində təqdim ediblər.