CƏMİYYƏT


Bakıda aptekə basqın edən şəxs yaxalandı

Bakıda aptekə silah qısmində istifadə edillən alışqan tapança ilə basqın edən şəxs tutulub. Belə ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Sabunçu Ratyon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş İlqar Paşayev müəyyən olunaraq tutulub. O, ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən asılı olduğunu və bu səbəbdən aptekə basqın etdiyini bildirib. Saxlanılan şəxs aptekdən əldə etdiyi pulla şəxsiyyəti hələ ki, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün narkotik vasitələr aldığını bildirib.