CƏMİYYƏT


İt sahibləri sərt karantin vaxtı onlara verilən icazədən danışdılar

Nazirlər Kabineti yanında Operativ Qərargah sabahdan hərəkət qadağasının tətbiq ediləcəyi 2 gün ərzində bina evlərində saxlanılan itlərin qısa müddət ərzində gəzdirilməsinə icazə verib. Bu qərar sosial şəbəkələrdə müzakirələrə də səbəb olub. Halbuki məlumdur ki, itlərin gəzdirilməsi onların təbii ehtiyaclarının ödənilməsi üçün lazımdır. Lakin eyni zamanda Operativ Qərargah it sahiblərinə də bu icazədən sui-istifadə etməmək barədə xəbərdarlıq edib.
Bu qərarın açıqlanmasından sonra bunu fürsətə çevirərək sərbəst gəzmək üçün itləri 2 günlük icarəyə götürmək istəyənlər də oldu. Amma bildirək ki, polis sərt karantin günlərində bu icazədən sui-istifadə edən vətəndaşlara qarşı tədbirlər görəcəyini açıqlayıb.
Qeyd edək ki, çölə çıxmaq qadağası olan günlərdə itlərin qısa gəzintisinə icazə verilməsi xarici təcrübədə də var. Elə qonşu Türkiyədə itləri çölə çıxarmaq üçün icazə tətbiq olunurdu. Hətta heyvan saxlayan insanlar bu işi bələdiyyə əməkdaşlarından da xahiş edə bilərdilər.