CƏMİYYƏT


Bakı Media Mərkəzdən həkimlərimizə xüsusi video çarx

Bakı Media Mərkəzi 17 iyun Tibb işçilərinin Peşə Bayramı ilə bağlı həkimlərimizə xüsusi video çarx həsr edib.
AZƏRTAC xəbər verir ki, video mərkəzin YouTube səhifəsində yayınlanıb.
Səhifədə video ilə bağlı bu fikirlər qeyd edilib: "Bizim fədakar, səxavətli və qəhrəman həkimlərimiz !!! Koronavirus pandemiyası zamanı öz doğma və yaxınlarından uzaqda həyatlarını riskə ataraq xəstəliyə qarşı amansız mübarizə aparan, xəstələrin həyatları xilas edən, insanlara inam və ümid bəxş edən həkimlərimizin əməyi ən yüksək qiymətə layiqdir. Məhz bu əlamətdar gün – 17 iyun Tibb işçilərinin Peşə Bayramı ilə bağlı həkimlərimizə xüsusi video çarx həsr olunub. Fəxrlə demək istərdik ki, bu video çarxın ərsəyə gəlməsində Bakı Media Mərkəzinin yaradıcı heyəti də iştirak edib. Fürsətdən istifadə edərək, kollektivimiz adından bütün tibb işçilərini Peşə Bayramı münasibəti ilə təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində daha da böyük uğurlar əldə etməyi arzulayırıq. Əziz həkimlər, biz sizinlə birlikdə güclüyük !"