CƏMİYYƏT


Bakıda heroin alveri ilə məşğul olan dəstə saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlanılıb.
A.Orucovdan çəxsi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki, məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.