İQTİSADİYYAT


"Nümunəvi Dönər" layihəsi çərçivəsində dönərxanalara yeni avadanlıqlar verilib

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “ABAD” birgə “Nümunəvi Dönər” layihəsinə qoşulublar. AZƏRTAC xəbər verir ki, ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulub.