CƏMİYYƏT


Səkinə Babayeva: Bir zamanlar evdə çalışan xanımlarımız Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə iş imkanlarını artırıblar

Sahibkarlığın inkişafında sahibkar qadınların rolu böyükdür. Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Bu gün Bakı Tekstil Fabrikindəyik. Bu müəssisə Azərbaycanda çox önəmli bir müəssisədir. Yerli bazardan əlavə, xarici bazara da məhsul istehsal edir. Bugünkü qonağımız Bakı Tekstil Fabrikinin direktorudur, eyni zamanda, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, uğurlu iş xanımı Səkinə Babayevadır.