Azərbaycan Dövlət İnformasiya Agentliyi

2015-2016-cı ilin payız-qış geyim trendləri
“Naxış”ın yeni kolleksiyası

01.10.2015 [19:35]

Xəbərin mətni
Yay mövsümü sona çatdı. İndi hər bir xanımı “payız fəsli üçün hansı geyim alsam daha yaxşı olar”, “hansı rəng və tərz dəbdədir” sualları düşündürür. Artıq dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar. 2015-2016-cı ilin payız-qış dəblərində yenilikləri öyrənmək üçün yolumuzu geyimlərində daha çox orijinallığa, xanımların özəlliyini vurğulayan elementlərə önəm verən “Naxış” atelyesindən saldıq.