MƏDƏNİYYƏT


Bu gün görkəmli aktyor Lütfəli Abdullayevin doğum günüdür

Bu gün görkəmli aktyor, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin doğum günüdür. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. O, “Beş manatlıq gəlin”də Möhsün, “Toy kimindir?”də Qoşun, “Gözün aydın”da Qəhrəman kimi obrazları ilə tamaşaçıların böyük rəğbətini qazanıb. L.Abdullayev həm də populyar kino aktyoru idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır