CƏMİYYƏT


Azərbaycan məscidlərində bayram namazı qılınıb

Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.