CƏMİYYƏT


Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə ilk “ASAN Viza”ları təqdim edilib

Mayın 15-dən etibarən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar veriləcək.