CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsin evindən 1 kiloqramdan çox heroin tapıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evdən yüksək təsirdici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub.