CƏMİYYƏT


Qusarda 25 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25 min manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev törətdiyi cinayət əməllərini etiraf edib.