SİYASƏT


“Ordu əfsanəsi” - Rusiya telekanalı general Həzi Aslanov haqqında film çəkib

Rusiyanın “Zvezda” telekanalı Azərbaycan xalqının qəhrəman oğlu, əfsanəvi general, İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında sənədli film çəkib.
AZƏRTAC xəbər verir ki, “Ordu əfsanəsi - Həzi Aslanov” adlı filmin premyerası olub. Filmdə qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salınıb, nadir kadrlardan istifadə olunub.
Filmin çəkilişləri Bakıda, Lənkaranda aparılıb. Bu ekran işində hərbi tarixçilər, yazıçılar, qəhrəmanın nəvəsi, onun adını daşıyan Həzi Aslanov danışır.
Filmdə o da diqqətə çatdırılır ki, Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunsa da bu adı sağ ikən almaq ona nəsib olmayıb. Bu yüksək ad ona düz 47 il sonra -1991-ci ildə təqdim olunub.