CƏMİYYƏT


Xaçmazda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Dekabrın 26-sı səhər saatlarında Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İdarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı ağaca çırpılan “Toyota Prado” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Maşında olan qadın sərnişin isə ağır yaralanıb.