DÜNYA


Türkiyədə baş vermiş zəlzələdən sonra bir binada partlayış olub

Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 bal gücündə zəlzələdən zərər görmüş yaşayış binalarından birində partlayış olub.
AZƏRTAC xəbər verir ki, hadisənin qaz sızıntısı səbəbindən meydana gəldiyi bildirilir. Partlayışdan sonra binada yanğın baş verib.
Partlayış nəticəsində xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır