CƏMİYYƏT


Zəhməti, hünəri və geniş ürəyi ilə çoxlarına nümunə olan fermer xanım – Lənkərandan REPORTAJ

Ölkəmizdə ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Ağır fiziki qüvvə tələb edən əkin-biçindən söhbət açılarkən ilk olaraq kişilər yada düşsə də, Azərbaycan qadını da hər zaman öz zəhmətkeşliyi ilə seçilib. Respublikamızda fermer təsərrüfatlarında işləyən kişilərlə yanaşı, bu sahədə çalışan fermer xanımlarımız da var. Onlardan biri də Lənkəran sakini Rəftarə Şükürovadır.