CƏMİYYƏT


İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır

Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. Bu müddət ərzində Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları həmin işğalçı siyasətin ayrılmaz tərkib hissəsidir.