CƏMİYYƏT


Sabah Abşeron yarımadasının bəzi yerlərində intensiv yağış yağacaq

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.