CƏMİYYƏT


Gömrükçülər dərman vasitələri müsadirə edib

Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42-BL-556/42-ZA-456 nömrə nişanlı yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.
Yoxlama zamanı avtomobilin yarımqoşqusunda daşınan "kosmetik vasitə" yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.