CƏMİYYƏT


Goranboyda yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binası artilleriyadan atəşə tutulub

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.Oktyabrın 8-də saat 6 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına da külli miqdarda ziyan dəyib.