CƏMİYYƏT


Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər REPORTAJ

Ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib. Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.