CƏMİYYƏT


Döyüş yoldaşlarını əsirlikdən qurtaran qazimiz Teymur Mirzəyev

Torpağa su tökərsən palçıq, qan tökərsən vətən olar. Qarabağ uğrunda gedən döyüşlərdə çoxsaylı qəlpə yarası alıb, lakin döyüş yoldaşlarını əsirlikdən qurtaran əsgər Teymur Mirzəyev sona qədər vuruşub. Düşmənin atdığı minamyot mərmisi nəticəsində 6 nəfərdən ibarət hərbi maşında irəliləyən əsgərlərimiz xəsarət alıb və nəticədə maşın dərəyə düşüb. Yaralı əsgərlərimizə köməyə gələn döyüş yoldaşları Teymuru və digər yaralıları ərazidən təxliyə edib xəstəxanalara yerləşdiriblər. Bu gün isə qazimiz fəxr edir ki, onun da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında payı var.