CƏMİYYƏT


Ramin Bayramlı: Vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam fikir söyləmək mümkün deyil

COVID-19 əleyhinə vaksinlərə qoyulan ilk tələblər əlavə təsirlərin və əks göstərişlərin minimum olması, zərərsiz olması və təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır.Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən cəmi 7-si üçüncü klinik fazada sınaqdan keçirilir. Onlardan ikisi replikasiya olunmayan virus vektoru əsasında, üçü inaktivləşmiş virus əsasında, ikisi isə virusun RNT-si əsasında hazırlanıb.