CƏMİYYƏT


Məhşur fotoqraf Kəlbəcərdə əsgərlərimizlə görüşüb

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti Vətən Müharibəsinin nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. Reza Diqqəti artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alaraq dünya mətbuatında işıqlandıra bilib. Budəfəki səfərində Kəlbəcər rayonunda olan tanınmış fotoqraf əsgərlərimizin qonağı olub