CƏMİYYƏT


Xaçmazda quldurluq edən şəxs saxlanılıb

Xaçmaz rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator işləyən E.Quliyev rayon polis şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 03:30 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.